Tovuz sakini ağır xəsarətlə xəstəxanaya yerləşdirilib.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, Tovuz şəhər sakini, 1977-ci il təvəllüdlü Əsgərov Vüqar üz-çənə nahiyyəsinin kəsilmiş-deşilmiş xəsarəti ilə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Ona tibbi yardım göstərilib. Vəziyyətinin ağır olduğu bildirilir. V.Əsgərovun hansı şəraitdə xəsarət aldığı hələ ki, məlum deyil. Onun öz-özünə xəsarət yetirdiyi ehtimal olunur.
Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.