Tikinti şirkətindən oğurluq edənlər həbs edilib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, tikinti şirkətindən oğurluq etdiklərinə görə Ağsu Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən saxlanılmış Dəyanət Soltanovun və Əlvan Qurbanovun ətrafında əməliyyat tədbirləri aparılılb və onların avqustun 25-də həmin şirkətdən hər birinin uzunluğu 12 metr olan 9 ədəd dəmir boru oğurlamaları da müəyyən edilib.
Araşdırmalar davam etdirilir.