Gürcüstan hökuməti paytaxta dəymiş ziyanı aradan qaldırmaq üçün müvafiq tədbirlər həyata keçirir
Tiflisdə güclü daşqın nəticəsində ölənlərin sayı 10-a çatıb.
APA-nın xəbərinə görə, bu barədə Gürcüstanın "Rustavi2" telekanalı xəbər verir.
Bundan öncə verilən məlumatlara əsasən, daşqın qurbanlarının sayı 5-ə olub.
Gürcüstan hökuməti paytaxta dəymiş ziyanı aradan qaldırmaq üçün müvafiq tədbirlər həyata keçirir.
Qeyd edək ki, təbii fəlakət nəticəsində paytaxt zooparkından heyvanlar qaçıb. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları heyvanların tapılması istiqamətində tədbirlər görür.
APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, Gürcüstan Dövlət Təhlükəsizlik Şurasının rəhbəri Mindiya Canelidze təbii fəlakət nəticəsində 4 nəfərin öldüyünü bildirib. Onlardan 3-nün qadın və bir nəfərin zoopark işçisi olduğu bildirib. Tiflis meri David Narmaniya sonradan daha bir nəfərin meyitinin aşkarlandığını bildirib.
Hazırda ölənlərin sayı dəqiqləşdirilir.
Tiflisin bir neçə mərkəzi yollarında hərəkət məhdudlaşdırılıb.
Daşqın zamanı zooparkdakı vəhşi heyvanların qaçdığı da bildirilir. Zooparkdan qaçan heyvanların axtarışına aidiyyatı qurumların qüvvələri və xüsusi təyinatlılar cəlb olunub.
Təbii fəlakət zamanı müxtəlif xəsarətlər almış 20-dək sakin xəstəxanalara çatdırılıb. Daha 10 nəfər itkin düşmüş hesab edilir.