Tərtərdə top mərmiləri aşkarlandı
23 may 2016 01:14 (UTC +04:00)

Tərtərdə top mərmiləri aşkarlandı

0

Tərtərin Cəmilli və Əskipara kəndi kəndlərində 2 ədəd partlamamış 122 mm-lik top mərmisi aşkar edilib.

 

APA-nın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) hesabatında  bildirilir.

 

Mayın 22-də 7 ev və həyətyanı sahə, 2 əkin sahəsi, 2 otlaq sahəsində 19 partlayış yerinə baxış keçirilib, 2 ədəd 122 mm-lik top mərmisi aşkar edilib və  gün ərzində 32 321  kv. m ərazi təmizlənib.

 

Ümumilikdə Agentlik tərəfindən 7 Aprel - 22 May 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində               509 ev və həyətyanı sahə,  2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 3 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 14 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib, 1 451 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 2 ədəd piyada əleyhinə POMZ-2 və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 484

Oxşar yazılar