Tərtər və Füzulidə hərbi sursat tapıldı
27 may 2017 06:19 (UTC +04:00)

Tərtər və Füzulidə hərbi sursat tapıldı

0

Mayın 26-da Tərtərdə minaatan mərmisi, Füzulidə isə  tank əleyhinə idarə olunmayan raket aşkarlanıb.

 

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) APA-ya verilən məlumata görə, Tərtər rayonunun Qaradağlı kəndində, suvarma kanalının kənarında 1 ədəd 120 mm-lik minaatan mərmisi (OF-843) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb, nəticə etibarilə       500 kv.m ərazi yoxlanılıb.

 

Həmçinin Füzuli  rayonunun Əhmədalılar kəndində 1 ev və həyətyanı sahəyə baxış keçirilib, 1 ədəd tank əleyhinə idarə olunmayan raket (PQ-7) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb, nəticə etibarilə 250 kv.m ərazi yoxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 305

Oxşar yazılar