Təmas xəttində monitorinq keçiriləcək
07 iyul 2015 10:01 (UTC +04:00)

Təmas xəttində monitorinq keçiriləcək

0

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq iyulun 8-də Füzuli rayonunun Aşağı Veysəlli kəndinin yaxınlığındakı qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.

Lent.az-ın Müdafiə Nazirliyinin saytına istinadən məlumatına görə, monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeni Şarov və Piter Svedberq keçirəcəklər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Jiri Aberle keçirəcəklər.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 172

Oxşar yazılar