Bu gün Azərbaycan Universitetində imtahanların test üsuluna keçirilməsi ilə əlaqədar tələbələr növbəti dəfə etiraz aksiyası keçiriblər.
“Qafqazinfo” xəbər verir ki, məsələ ilə əlaqədar Azərbaycan Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsinin dekanı, dosent Akif Əlizadə ilə əlaqə saxladıq.
Akif müəllimin dediyinə görə, tələbələrlə akt zalında görüşüblər:
“Bayaq tələbələrlə akt zalında görüşdük. Tələblərini qeydə aldıq. İndi bununla bağlı rəhbərliklə bərabər təkliflər üzərində müzakirə aparacağıq və tələbələrlə ortaq məxrəcə gələcəyik”.