Bakı şəhəri, Yasamal rayonunda Təhsil Nazirliyinə məxsus yataqxana binasının dəhlizinə yığılmış taxta tullantıları 15 m² sahədə və eyvana yığılmış taxta tullantıları 4 m² sahədə yanıb.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğından yataqxana binasının digər otaqlar mühafizə olunub.
Yanğın saat 14:23-də yanğınsöndürənlər tərəfindən söndürülüb.