Tanışlar arasında mübahisə qanla bitdi
01 iyul 2016 04:50 (UTC +04:00)

Tanışlar arasında mübahisə qanla bitdi

0

Sabunçu rayonunda tanışların mübahisəsi bıçaqlanma ilə nəticələnib.

 

APA-nın məlumatına görə, hadisə Bakıxanov qəsəbəsi Xasməmmədov 1 ünvanında baş verib. 32 yaşlı Əziz Azay oğlu Məmmədovun yaşadığı məhəllədə tanışı ilə mübahisəsi düşüb. Mübahisə əlbəyaxa davaya çevriləndə Əziz Məmmədovun tanışı cibindən çıxardığı bıçaqla ona xəsarətlər yetirib. Daha sonra o hadisə yerindən qaçıb. Yaralı qonşularının köməkliyi ilə xəstəxanaya çatdırılıb. O, dərhal əməliyyat olunub. Həkimlər onun vəziyyətinin orta ağır olduğunu bildiriblər.

 

Hadisə barədə Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsinə məlumat verilib. Polisdən verilən məlumata görə, hadisəni törədən şəxsin kimliyi müəyyən edilib. Onun tutulması istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.

 

Faktla əlaqədar cinayət işi başlanıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 308

Oxşar yazılar