"Vesti.az" saytının baş redaktoru Araz Zeynalov anasını itirib.
Lent.az-ın xəbərinə görə, A. Zeynalovun anası, qocaman jurnalist, SSRİ Jurnalistlər İttifaqının üzvü, “Qızıl qələm” mükafatçısı Məryəm Həsənzadə 83 yaşında dünyasını dəyişib. O, ağır xəstəlikdən əziyyət çəkirdi.
Azərbaycan Dövlət Universitetinin ilk jurnalist məzunlarından olan Məryəm Həsənzadə 40 ilə yaxın “Kommunist” qəzetində ədəbi işçi, müxbir, mədəniyyət yazarı kimi fəaliyyət göstərib. Müəllifin uğurlu qələm nümunələri “Ürəyəm, arzum sənsən” adlı oçerklər kitabında toplanıb. O, ağır xəstəlikdən əziyyət çəkirdi.
Mərhumənin yas mərasimi dekabrın 25-də, Yasamal rayonu, H. Cavid proqpekti, 522-ci kvartal, ev Q-də keçiriləcək.
Allah rəhmət eləsin!