Tanınmış azərbaycanlı həkim vəfat edib
03 sentyabr 2014 13:52 (UTC +04:00)

Tanınmış azərbaycanlı həkim vəfat edib

Bu gün tanınmış həkim Əlfəddin Abdullayev 85 yaşında vəfat edib. Lent.az-ın məlumatına görə, bu barədə tanınmış jurnalist İlhamiyyə Rza öz “facebook” səhifəsində yazıb: “Ekranda simasını görən kimi üzümüzdə təbəssüm yaranırdı, hamı onu məşhur komediya aktyoru Lui de Fyunese bənzədirdi. Amma bu tək zahiri bənzərti deyildi. 


Əlfəddin doktor (onu məhz belə çağırırdı hamı) elə bir komediya ustası qədər pozitiv, müsbət və dərin insan idi. İstənilən sağlamlıq məsləhətini onlarla atalar sözləri, zərb məsəllərlə müşayət edərdi.

Onun verdiyi məsləhətlərin arxasından bir xeyirxahlıq, həqiqətən də bizim sağlam olmağımız istəyi aydın hiss olunurdu. Tanıyanlar onun nurlu və gülər üzünü hələ çox xatırlayacaqlar. Vaxtilə Ali Sovetin deputatı olub, 29 il 4 saylı Şəhər Xəstəxanasının baş həkimi olaraq çalışıb, uzun illər sağlamlıq verilişləri hazırlayıb, amma nə yazıq ki, əməkdar həkim adına belə layiq görülməyib. Səbəb heç vaxt ad san arxasınca düşməməsi idi.

Vaxtilə ABA kanalında çalışdığım zaman, Əlfəddin doktor da orda veriliş aparırdı. Hamımız onu istər ekranda, istərsə də ABA dəhlizlərində rastlaşanda heyranlıqla, sevgiylə izləyərdik... Bu günsə, onun dünyasını dəyişməsi barədə heç yerdə məlumata rast gəlmədim...

Məhrum bu gün Oğuzun Qumlaq kəndində torpağa tapşırılıb. 
Onun bu deyimi isə xüsusilə yadda qalıb: “Sağlamsansa, xoşbəxtsən, borcun yoxdursa, varlısan”.


Allah rəhmət eləsin!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4859
avatar

Oxşar yazılar