Tanımış Güney Azərbaycan ziyalısı evində ölü aşkarlanıb
01 avqust 2013 06:38 (UTC +04:00)

Tanımış Güney Azərbaycan ziyalısı evində ölü aşkarlanıb

Güney Azərbaycanda tanınmış mədəni- ictimai fəal öz şəxsi mənzilində ölü tapılıb.

Lent.az-ın məlumatına görə, Xoy şəhərinin sakini olan Səccad Səfərzadın iyulun 29-da axşam saatlarında müəmmalı şəkildə öldüyü məlum olub. Ancaq azərbaycanlı fəalın ölümünün səbəbləri məlum olmadığından onun cəsədi ekspertiza üçün Urmiya şəhərinin Tibbi Ekspertiza Şöbəsinə göndərilib.

 

Qeyd edək ki, S. Səfərzad 1982-ci ildə anadan olub, Güney Azərbaycanın Urmiya Dövlət Universitetinin kənd təsərrüfatı mühəndisliyi fakültəsini bitirib.

 

Azərbaycanlı fəal “Evrin-e Xoy” və “Aydın Səhər” qeyri-hökumət təşkilatlarının üzvü olub.

 

S. Səfərzad Qaradağ zəlzələ bölgəsinə yardım toplamaq kampaniyasında da xüsusi rol oynayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 910
avatar

Oxşar yazılar