Dünən Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki dəniz çimərliyində iki nəfər çimərkən batıb.
Lent.az-ın DİN-in saytına istinadən məlumatına görə, Bakı şəhər sakini Vüsal Qədirov və Massallı rayon sakini Amil Əliyev dənizdə çimərkən boğulublar.
V.Qədirovun meyiti çıxarılıb, A.Əliyevin meyitinin tapılması üçün tədbirlər görülür.
Faktla bağlı araşdırma aparılır.