Bir neçə gün əvvəl təmir işləri ilə əlaqədar bağlanmış Tibilisi prospektinin 20-Yanvar dairəsindən Salamzadə küçəsinədək olan hissəsi sürücülərin istifadəsinə verilib. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin Lent.az-a verdiyi məlumata görə, təmir işləri aparılan yolun şəhərin mərkəzi istiqamətində gələn hissəsi bu gün saat 10:30 radələrində açılıb. Əvəzində isə gecə saat 00-dan etibarən Salamzadə küçəsindən 20 Yanvar körpüsünədək olan hissə bağlanıb.
Qeyd edək ki, bağlanan yol ilə sürücülər Bakının mərkəzindən Sumqayıta doğru hərəkət edirlər.
Tibilisi prospektinin təmiri işləri mərhələli formada həyata keçirilir.