Dünən Bakı və Abşeron rayondu baş verən qəzalarda 1 piyada ölüb, biri isə yaralanıb.
Lent.az-ın DİN-in saytına istinadən məlumatına görə, avqustun 10-da saat 23 radələrində Abşeron rayonunun Xocəsən qəsəbəsində Bakı şəhər sakini Orxan Məmmədli idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Mingəçevir şəhər sakini İlham Məhərrəmovu vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb
Avqustun 10-da saat 21 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsində Bakı şəhər sakini Yalçın Eybatov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən qəsəbə sakini Nail Rəhimovu vurub. Piyada xəstəxanaya yerləşdirilib.