Bakıda ağır qəzaya səbəb olan avtobus sürücüsü ilə bağlı <span style="color:red;">YENİ XƏBƏR  - <span style="color:red;">YENİLƏNİB
24 fevral 2016 14:08 (UTC +04:00)

Bakıda ağır qəzaya səbəb olan avtobus sürücüsü ilə bağlı YENİ XƏBƏR - YENİLƏNİB

Bakının Nizami rayonu ərazisində baş verən ağır yol qəzası ilə bağlı yeni xəbər var. Bir  sıra mətbuat orqanlarında hadisə törədən sürücüsünün qəzadan sonra avtobusdan düşüb qaçdığı bildirilir. Lent.az-ın rəsmi sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə bildirdi ki, 62 saylı sərnişin avtobusunun sürücüsü Anar İsmayılov hadisə yerindən qaçmayıb:

 

"Onun hadisə baş verən kimi, qaçıb getməsi ilə bağlı mətbuatda yayılan məlumatlar həqiqətə uyğun deyil. Sürücü polis tərəfindən saxlanılıb və ifadəsi alınır. Sürücünün sərxoş olub olmamasını müəyyənləşdirmək üçün tibbi müayinə keçiriləcək. Eyni zamanda Anar İsmayılovun həmin nəqliyyat vasitəsinin idarə etmək hüququnun olması, ümumiyyətlə, sürücülük vəsiqəsinin olub olmaması araşdırılır. Hadisə ilə bağlı cinayət işi başlanıb, istintaq davam edir".  

 

Əldə etdiyimiz başqa bir məlumatda isə bildirilir ki, 62 saylı sərnişin avtobusunun vurduğu 36 saylı avtobusun sürücüsü 1980-cı il təvəllüdlü Musayev Rafael Məmməd oğlunun vəziyyəti ağırdır. Həkimlərin icazəsindən sonra onun da ifadəsi alınacaq.

 

 

 

13:24

 

Bu gün paytaxtın Nizami rayonu ərazisində, metronun Qara Qarayev stansiyası yaxınlığında qəza törədən 62 saylı sərnişin avtobusunun sürücüsü Anar İsmayılov saxlanılıb. Bu barədə Lent.az-ın rəsmi sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə bildirdi. Şöbə rəisinin məlumatına görə, Nizami Rayon Polis idarəsində sürücünün izahatı alınıb.

 

Hadisə ilə bağlı Cinayət məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq cinayət işi başladılıb.

 

İstintaq hərəkətlərı davam etdirilir.

 

Qeyd edək ki, bu gün baş verən qəza nəticəsində 1 nəfər ölüb, 13 nəfər yaralanıb. Hadisəyə səbəb olan avtobusun sürücüsünün isə qəzadan sonra hadisə yerindən qaçdığı bildirilirdi.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 177

Oxşar yazılar