Sürücü maşınla divar arasında qalıb öldü - <span style="color:red;">ABŞERONDA
25 sentyabr 2017 13:07 (UTC +04:00)

Sürücü maşınla divar arasında qalıb öldü - ABŞERONDA

0

Abşeron sakini bədbəxt hadisə nəticəsində ölüb.

 

Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, sentyabrın 23-də saat 10.00 radələrində Abşeron rayonunun Hökməli qəsəbəsində Xırdalan şəhər sakini Tərxan Yusifov idarə etdiyi “Toyota Prado” markalı avtomobilini saxlayıb düşdükdən sonra avtomaşın arxaya doğru hərəkət edib.

 

Nəticədə T. Yusifov nəqliyyat vasitəsi ilə hasar arasında qalıb.

 

Xəstəxanaya yerləşdirilən T. Yusifov orada ölüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 227

Oxşar yazılar