Suriyaya gedən güləşçi Rəşad Baxşalıyev ailəsinə zəng edib. Lent.az-ın “azvisiona”a istinadən məlumatına görə, sırağagün anasına telefon açan R.Baxşəliyev vəziyyətinin yaxşı olduğunu bildirib.
“Ana, hər şey yaxşıdır, narahat olmayın məndən. Tez-tez zəng edə bilmirəm buradan. Yaxşıyam, heç bir problemin yoxdur”-deyə güləşçi anası ilə söhbətində bildirib.
Qeyd edək ki, R.Baxşəliyev dəfələrlə Respublika çempionatlarında yüksək nəticələr əldə etmiş peşəkar güləşçidir. O, Suriyaya ailəsi və körpə uşağı ilə birgə gedib