Suriya danışıqları üç həftə davam edəcək
27 fevral 2016 04:53 (UTC +04:00)

Suriya danışıqları üç həftə davam edəcək

0

Suriyada münaqişənin nizamlanması üzrə danışıqlar üç həftə davam edəcək.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bunu BMT-nin Suriya üzrə xüsusi elçisi Staffan de Mistura bəyan edib.

 

“Atəşkəs rejiminin ciddi şəkildə pozulmadığı təqdirdə, danışıqların ilk raundu martın 7-dən başlayaraq üç həftə davam edəcək”, deyə S.de Mistura bildirib.

 

Onun sözlərinə görə, ümumilikdə atəşkəsə Suriyada fəaliyyət göstərən 97 silahlı birləşmə razılıq verib.

 

Qeyd edək ki,  fevralın 27-dən Suriyada hökumət qüvvələri ilə silahlı müxalifət qrupları arasında atəşkəs rejimi qüvvəyə minib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 447

Oxşar yazılar