Bakıda yanğın hadisəsi qeydə alınıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan avtomobil təmiri sexində baş verib. Nəticədə sexin dam örtüyünün yanar konstruksiyaları 2 kv.m sahədə və yaxınlıqda 60 kv.m sahədə quru ot və ağaclar yanıb.
Sexin qalan hissəsi yanğından mühafizə olunub.