Sumqayıtda yolu keçən qadını maşın vurdu
24 aprel 2019 19:27 (UTC +04:00)

Sumqayıtda yolu keçən qadını maşın vurdu

Sumqayıtda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
ONA-nın yerli bürosunun məlumatına görə, hadisə “Kolxoz bazarı” yaxınlığında qeydə alınıb. Yolu keçmək istəyən piyada, Sumqayıt şəhər sakini, 1979-cu il təvəllüdlü Babayeva Vüsalə Əkrəm qızını maşın vurub.  Xəsarət alan V.Babayeva Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
 
Faktla bağlı  araşdırma aparılır.  
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 526
avatar

Oxşar yazılar