Ötən gün Sumqayıt şəhərində maraqlı hadisə baş verib. Lent.az-ın “Xəzər xəbər”-ə istinadən verdiyi xəbərə görə, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Sumqayıtda, 26-cı məhəllədə yataqxanada yaşayan 57 yaşlı Abutel Bağırovanın qolunun unitazın içində qalması barədə məlumat daxil olub. Hadisə yerinə dərhal xilasedicilər gəlib. 57 yaşlı qadınının qolu unitaza düşən açarını çıxarmaq istəyərəkən sıxışıb.
Xilasedicilər xüsusi alət və avadanlıqların köməkliyi ilə qadını xilas etməyə başlayıblar. 2 saat yarımdan sonra qadının qolu unitazdan çıxarılıb.
Xilasedicilər ilk dəfə belə halla qarşılaşdıqlarını qeyd ediblər.