Sumqayıtda intihara cəhdin qarşısı alındı
15 dekabr 2014 20:32 (UTC +04:00)

Sumqayıtda intihara cəhdin qarşısı alındı

0

Sumqayıtda bir nəfər intihara cəhd edib.

 

APA-nın məlumatına görə, Sumqayıt şəhər Məhkəməsinin qarşısındakı 9 mərtəbəli binanın damına çıxan Pərviz Ramiz oğlu Səmədov özünü atmaq istəyib. Hadisə yerinə polis əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.

 

Sumqayıt şəhər Polis İdarəsindən APA-ya bildirilib ki, intihara cəhd edən şəxslə danışıqlar aparılıb. P. Səmədov məhkəmənin qərarına etiraz olaraq intihar etmək istədiyini bildirib.

 

FHN-dən APA-ya verilən xəbərə görə, artıq intihara cəhd edən şəxs xilasedicilərin köməyi ilə xilas olub. Onu binanın damından düşürmək mümkün olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 262

Oxşar yazılar