Sumqayıtda gənc yüksək dozada narkotikdən öldü
Sumqayıtda ölüm hadisəsi qeydə alınıb.
APA-nın yerli bürosunun məlumatına görə, 1983-cu il təvəllüdlü Tağıyev Xanbala Zakir oğlu şəhərin Hacı Zeynalabdin qəsəbəsində yaşadığı mənzildə ölmüş vəziyyətdə aşkarlanıb.
Araşdırma zamanı onun yüksək dozada narkotik vasitə qəbul etdiyindən öldüyü məlum olub.
Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
673