Sumqayıtın Hacı Zeynəlabdin Tağıyev qəsəbəsində qətl hadisəsi törədilib.
APA-nın məlumatına görə, Daşkəsən rayon sakini, 30 yaşlı Qurbanov Rasim Yasin oğlu güllələnərək öldürülüb. Rasim Qurbanov H. Z. Tağıyev-çeşidləmə stansiyasının ərazisində məskunlaşan qayınatası gildə müvəqqəti yaşayırmış. Ailənin qoyunları itib və ailə üzvləri onları axtarmağa başlayıblar. Qoyunlar tapılsa da, Rasim Qurbanovdan xəbər çıxmayıb.
Bununla bağlı polis orqanlarına məlumat verilib və 30 yaşlı kişinin axtarışlarına başlanılıb. Nəhayət, uzun axtarışlardan sonra Rasim Qurbanovun meyiti Xızı rayonu ərazisindən tapılıb. Meyitin üzərində tapançadan açılmış bir neçə güllə yarası aşkarlanıb. Rasim Qurbanovun Sumqayıt ərazisində qətlə yetirildiyi, meyitinin isə Xızı rayonu ərazisinə atıldığı güman edilir.
Hazırda meyitin tapıldığı ərazidə Xızır rayon Polis Şöbəsi və Sumqayıt Şəhər Polis İdarəsinin, eləcə də, Sumqayıt Şəhər Prokurorluğunun əməkdaşları araşdırma aparırlar.