<b>Sumqayıtda 11 ev yarmış dəstə zərərsizləşdirildi</b>
27 dekabr 2016 11:28 (UTC +04:00)

Sumqayıtda 11 ev yarmış dəstə zərərsizləşdirildi

0

Sumqayıtda oğurluqla məşğul olan dəstə zərərsizləşdirilib. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, oğurluq etdiyinə görə tutulmuş Sumqayıt şəhər sakini Elvin Nəsrullayevin ətrafında Sumqayıt ŞPİ əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun həmyerliləri, əvvəllər məhkum olunmuş Hikmət Fərəcov, Həsən Mehdiyev, Qəmbər Məmmədov və Asim Abbasovla birgə oktyabrın 22-dən dekabrın 7-dək olan müddətdə şəhər ərazisindəki 11 evdən və 1 qarajdan təmir-tikinti alətləri, qızıl və məişət əşyaları oğurlaması da müəyyən edilib.

 

 

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində H.Fərəcov, H.Mehdiyev, Q.Məmmədov və A.Abbasov da tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 338

Oxşar yazılar