Sükan arxasında infarkt keçirən sürücü uşağı vurdu
12 sentyabr 2014 03:38 (UTC +04:00)

Sükan arxasında infarkt keçirən sürücü uşağı vurdu

Bərdədə avtomobil piyadanı vurub. “Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Soğanverdilər kəndi ərazisində baş verib.Yerli sakinlərin verdiyi məlumata görə, “Qaz 24” maraklı avtomobil Bərdə Ağdam magistral avtomobil yolunda hərəkətdə olarkən sükan arxasında sürücü infarkt keçirib. İdarəetməni itirən avtomobil hərəkətini tənzimləyə bilməyib.
 
 
Yoldan çıxan minik maşını yol kənarında dayanan kənd sakini 12 yaşlı Mütalib Hacıyevi vurub. Ağır bədən xəsarəti alan yaralı təcilli tibbi yardım avtomobilinin köməkliyi ilə Bərdə rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Həkim Şəmil Məmmədovun sözlərinə görə travmatalogiya şöbəsində olan yaralının vəziyyəti orta ağırdır. Əməliyyat olunan 12 yaşlı uşağın həyataı ücün heç bir təhlükə yoxdur.
 
 
Faktla bağlı Bərdə rayon polis söbəsindı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1131
avatar

Oxşar yazılar