Suda boğulan iki nəfər xilas edildi
02 iyul 2017 16:24 (UTC +04:00)

Suda boğulan iki nəfər xilas edildi

0

Bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Bakı şəhəri, Xəzər rayonunda 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, dərhal xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 14:50-də başa çatıb.

 

 

Bundan başqa Mingəçevir su anbarında da çimərkən batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 401

Oxşar yazılar