Soyuq silahla evlərə girib pul tələb edirmiş
26 may 2016 12:54 (UTC +04:00)

Soyuq silahla evlərə girib pul tələb edirmiş

0

Balakəndə quldurluq etmiş şəxs yaxalanıb. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Balakən RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 23-də rayon sakini Eldar Qurahilovun yaşadığı evə girib ona bıçaqla əl nahiyəsindən xəsarət yetirərək oradan 27 manat pul aparmış Qurban Ağammədov tutulub.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun mayın 23-də rayon sakini Sanur Balaşovanın evinə girib onu döyməsi və bıçaqla hədələyib oradan 65 manat pul aparması da müəyyən edilib.

 

Araşdırma davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 320

Oxşar yazılar