Siyəzəndə yol qəzası: rəis yaralandı
26 sentyabr 2013 10:11 (UTC +04:00)

Siyəzəndə yol qəzası: rəis yaralandı

Ötən gün axşam saatlarında Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 157-ci km-də, Qubanın Qaraçay kəndi ərazisində yol nəqliyyat hadisəsi qeydə alınıb.


APA-nın şimal bürosunun məlumata görə, Siyəzən rayon sakini, 56 yaşlı Rafiq Kəbirovun idarə etdiyi 90 GC 574 dövlət nömrə nişanlı, “Hyundai” markalı nəqliyyat vasitəsi idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü Rafiq Kəbirov və onun avtomobildə olan 6 yaşlı nəvəsi Lamiyə Cıqaliyeva xəsarət alıb.

Onlar Quba Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Xəstəxanadan verilən məlumata görə, R. Kəbirovun vəziyyəti orta-stabil olduğundan o, palata şəraitində müalicə alır. 6 yaşlı Lamiyə isə ilkin yardımdan sonra ambulator müalicə üçün evə buraxılıb.

 

Qeyd edək ki, qəzaya düşən Rafiq Kəbirov Siyəzən Rayon Telekommunikasiya Qovşağının rəisidir.

 

Faktla bağlı araşdırma aparılır.

 

# 1121
avatar

Oxşar yazılar