Gəndob-Yalam yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, 90 AM 068 dövlət nömrə nişanlı “Hyundai” markalı sərnişin avtobusu aşıb. Qəza nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar – Quba rayonu, Küpçal kənd sakini, 1977-ci il təvəllüdlü Məhərrəmov Dönməz Bağır oğlu, onun bacısı - 1975-ci il təvəllüdlü Məhərrəmova Gülzar Bağır qızı, Quba rayon, Küpçal kənd sakini Məhərrəmova Kifayət Əjdər qızı və Xaçmaz rayonu, Gödəkli kənd sakini, 1985-ci il təvəllüdlü Şərifova Şəlalə Mürsəl qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. Onların vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.