Şirvanda zavoddakı partlayışda yaralananlardan daha biri öldü
15 iyul 2015 12:38 (UTC +04:00)

Şirvanda zavoddakı partlayışda yaralananlardan daha biri öldü

0

 

MSN-in zavodunda baş verən partlayışda xəsarət alanlardan daha biri dünyasını dəyişib

 

Müdafiə Sənayesi Nazirliyinin (MSN) Şirvan şəhərindəki "Telemexanika" Zavodunda baş vermiş partlayış nəticəsində xəsarət alanlardan daha biri Respublika Yanıq Mərkəzində vəfat edib.

 

Yanıq Mərkəzindən APA-ya verilən məlumata görə, 1961-cı il təvəllüdlü Muradova Gülnarə Vəlixan qızı bu gün səhər saat 7 radələrində reanimasiya şöbəsində dünyasını dəyişib.

 

Qeyd edək ki, iyulun 7-də zavodun sexlərinin birində yaranmış qısaqapanma nəticəsində sıçrayış olub, nəticədə 20 kvadratmetr sahədə yanğın baş verib.

 

Baş verən hadisə zamanı 2 nəfər ölüb, 19 nəfər xəsarət alıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 335

Oxşar yazılar