Şirvan və Sabirabadda mağaza yanıb.
Lent.az-ın FHN-in saytına istinadən məlumatına görə, Şirvan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 156 m2 olan birmərtəbəli avtomobil ehtiyyat hissələrinin satışı mağazasının yanar konstruksiyaları və içərisinə yığılmış ehtiyyat hissələri 24 m2 sahədə yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.
Sabirabad rayonu, Qalağayın kəndində vətəndaşa məxsus ümumi sahəsi 90 m2 olan birmərtəbəli ərzaq mağazasının lambirindən ibarət tavanı 10 m2 sahədə və piştaxtaya yığılmış ərzaq malları qismən yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.