<b>Şirvanda piyadanı vurub qaçan sürücü tutuldu</b> - <span style="color:red;">YENİLƏNİB
01 may 2017 22:58 (UTC +04:00)

Şirvanda piyadanı vurub qaçan sürücü tutuldu - YENİLƏNİB

0

Şirvanda piyadanı vurub qaçan sürücü saxlanılıb.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvan şəhər sakini, 1984-cü il təvəllüdlü Əliyev Amid Xanzalı oğlunu vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb.

 

Həmin şəxs Şirvan şəhər sakini, 1997-ci il Şahbazov Xalid Xaləddin oğlu hadisəni idarə etdiyi “Prado” markalı 90 XG 991 dövlət nömrə nişanlı avtomobillə törədib.

 

Faktla bağlı Şirvan polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

 

***

 

Şirvanda avtomobil piyadanı vurub.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, naməlum avtomobil Şirvan şəhər sakini, 1984-cü il təvəllüdlü Əliyev Amid Xanzalı oğlunu vurub.

 

Ağır kəllə-beyin travması alan A.Əliyev Şirvan Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

 

Hazırda hüquq-mühafizə orqanları piyadanı vurub hadisə yerindən qaçan sürücünün saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirir.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 229

Oxşar yazılar