Şirvan şəhərində evlərdən quldurluq yolu ilə pul və qızıl aparan şəxs saxlanılıb.
Lent.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il oktyabrın 30-da şəhər sakini Vəli Ələkbərova məxsus evdən quldurluq yolu ilə 5000 manat və 970 ABŞ dolları pul, habelə qızıl əşyalar aparmaqda şübhəli bilinən həmyerliləri Fəxrəddin Şükürov tutulub, daha 2 nəfər isə müəyyən edilib.
Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onların iyunun 3-də Sudşa Bəylərovaya məxsus evdən quldurluq yolu ilə 10.000 manat dəyərində qızıl əşyalar aparmaları da müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.