
Şirvanda avtomobil iki piyadanı vurdu: 1-i öldü
0
0
Şirvanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, qəza mayın 28-də saat 23 radələrində baş verib.
Şəhərin H.Əliyev prospektində şəhər sakini E.Həsənov idarə etdiyi “QAZ-31029” markalı avtomobillə yolu keçən həmyerliləri D.Çikunovu və X.Məmmədovu vurub.
Nəticədə xəstəxanaya yerləşdirilmiş D.Çikunov orada ölüb, X.Məmmədovun vəziyyəti isə orta-ağırdır.
Şirvan ŞPŞ tərəfindən araşdırma aparılır.
0
0