
Şirvanda “Opel Vectra” 2 qadını vurdu
Şirvanda avtomobil iki nəfər qadını vurub, qadınlardan biri ağır yaralanıb.
Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə ötən gecə 22.35 radələrində Şirvan şəhərinin M.Ə. Rəsulzadə küçəsində baş verib. Şirvan şəhər sakini Abasov Vaqif Məhəmməd oğlu idarə etdiyi “Opel Vectra” markalı 90 MR 308 dövlət nömrə nişanlı avtomobillə yolu keçən Şirvan sakinləri 1972-ci il təvəllüdlü Baxşiyeva Sevda Vaqif qızını və 1960-cı il təvəllüdlü Qarayeva Sevda Vilayət qızını vurub. Yaralanan sakinlərdən birincisi Şirvan şəhər xəstəxanasının travmatologiya, digəri isə ağır vəziyyətdə olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı Şirvan polis şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.
Oxşar yazılar

Bakıda "Bolt" sürücüsü maşında cinsi əlaqədə olduğu məmuru belə ŞANTAJ ETDİ
19 iyul 2025 , 10:35
Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi
19 iyul 2025 , 10:17
Füzulidə qadın kanalda batdı
19 iyul 2025 , 10:09
Bakıda AĞRI QƏZA: xanımı ölü, özü və qızı yaralandı
19 iyul 2025 , 09:25
Pirşağıda bir nəfər dənizdə batdı
19 iyul 2025 , 09:23Bakıda QƏZA: Xəsarət alan var
19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi
18 iyul 2025 , 22:37