Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərindəki “Araz” zavodunda baş vermiş partlayışla əlaqədar Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin məlumatlarına əsasən, 8 ev və həyətyanı sahəyə baxış keçirilib. Lent.az-ın xəbərinə görə, bu barədə ANAMA-nın mətbuat xidmətindən bildirilib.
Məlumatda qeryd olunur ki, nəticədə 10 partlamamış hərbi sursat – 8 ədəd “PQ-9” raketi, bir ədəd 122 millimetrlik “OF-56” və bir ədəd 152 millimetrlik “Q-530” top mərmisi aşkar edilərək götürülüb. Onların zərərsizləşdirilməsi üçün müvafiq tədbirlər görülüb.
Yoxlanılan ərazi 5 min kvadratmetr təşkil edib.