İyunun 6-da oğurluq etmiş şəxs 5 gün sonra tutulub. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 10-da “Çağdaş LTD” şirkətinin inzibati binasından 310 metr parça oğurlamış Şabran rayon sakini Ataş Ramazanov tutulub.
Araşdırma aparılır.