Yük maşınını oğurladı, aşırdı
24 sentyabr 2014 14:23 (UTC +04:00)

Yük maşınını oğurladı, aşırdı

0

Neftçalada  oğurludağı maşınla qəza törədən şəxs saxlanılıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, Cəngən kəndində Lənkəran rayon sakini Seyidəli Qasımzadə idarə etdiyi “New Holland W 170” markalı yükləyici avtomobili aşırıb.

Neftçala rayon polis əməkdaşlarının apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində S.Qasımzadənin həmin avtomobili sentyabrın 22-nə keçən gecə Qaradağ rayonu Səngəçal qəsəbəsində yerləşən “Qaraçay” tikinti şirkətinə məxsus sahədən qaçırması müəyyən edilib.

 

Faktla bağlı araşdırma davam edir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 856

Oxşar yazılar