Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirdə
04 aprel 2015 10:35 (UTC +04:00)

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirdə

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək.

 

Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, aprelin 6-da Bakı şəhərində sağlamlıq sahəsində təlim və əməkdaşlıq konfransı, aprelin 6-dan 8-dək İstanbul şəhərində (Türkiyə) hidroqrafiya və okeanoqrafiya mövzusunda əməkdaşlıq iclası, aprelin 6-dan 17-dək Kəraçi şəhərində (Pakistan) kiçik zabitlər üçün taktika kursu, Nyuport şəhərində (ABŞ) "Kölqə fakültə" təşəbbüsü çərçivəsində təcrübə mübadiləsi, aprelin 6-dan iyulun 17-dək Rımniku-Vılça şəhərində (Rumıniya) partlayıcı maddələrin zərərsizləşdirilməsi üzrə təməl kursu keçiriləcək.

Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak etməsi nəzərdə tutulub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 132

Oxşar yazılar