Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək. Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, martın 23-dən 27-dək Budvo şəhərində (Monteneqro) 2015-ci il üzrə hərbi əməkdaşlığın əlaqələndirilməsi mövzusunda işçi görüşü, Ankara şəhərində (Türkiyə) strateji rabitə mövzusunda kurs keçiriləcək.
Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələrinin iştirak edəcəyi nəzərdə tutulub.