Silahlı Qüvvələrə Yardım Fonduna yığılan vəsaitin həcmi acıqlandı
04 noyabr 2013 12:35 (UTC +04:00)

Silahlı Qüvvələrə Yardım Fonduna yığılan vəsaitin həcmi acıqlandı

Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna yığılan vəsaitin həcmi son bir ayda 1 milyon 200 min 151 manat  (1 530 024 ABŞ dolları) artıb.


 

Bu barədə APA-ya Müdafiə Nazirliyindən məlumat verilib.

 

Fondun Azərbaycan valyutası ilə hesabındakı vəsait noyabrın 1-i tarixinə 47 586 569 AZN, ABŞ valyutası ilə hesabındakı vəsait 211 791 ABŞ dolları, avro hesabındakı vəsait isə 593 avro təşkil edib. ABŞ dolları və avro hesablarındakı vəsaitin həcmində dəyişiklik olmayıb. Rus rublu ilə olan hesaba isə mədaxil olmayıb.

 

Bununla 1 noyabr tarixinə Silahlı Qüvvələrə Yardım Fondunun vəsaiti 60 milyon 878 min 793 ABŞ dollarına çatıb.

 

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan prezidentin 17 avqust 2002-ci il tarixli sərəncamı ilə yaradılıb. Sərəncama əsasən Silahlı Qüvvələrə Yardım Fondu respublika ərazisində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərdən könüllü olaraq daxil olan vəsait və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalar hesabına formalaşır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1204
avatar

Oxşar yazılar

Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21
AUE-ni  təbliğ edirdi, həbs olundu

AUE-ni təbliğ edirdi, həbs olundu

14 dekabr 2024 , 10:00
Şəmkirdə yaşayış evində partlayış  baş verdi

Şəmkirdə yaşayış evində partlayış baş verdi

14 dekabr 2024 , 08:43
Güclü külək Zaqatalada fəsadlar törətdi

Güclü külək Zaqatalada fəsadlar törətdi

14 dekabr 2024 , 08:19
Bakıda BƏDBƏXT HADİSƏ:  Yeniyetmə məşqdə boğulub öldü

Bakıda BƏDBƏXT HADİSƏ: Yeniyetmə məşqdə boğulub öldü

14 dekabr 2024 , 03:10
Şəmkirdə kişi xiyar turşusundan zəhərlənib öldü

Şəmkirdə kişi xiyar turşusundan zəhərlənib öldü

13 dekabr 2024 , 19:46
11 yaşlı məktəbli qız özünü asdı

11 yaşlı məktəbli qız özünü asdı

13 dekabr 2024 , 19:07
Evdə ana və 3 uşağının  meyiti tapıldı

Evdə ana və 3 uşağının meyiti tapıldı

13 dekabr 2024 , 18:15