Şeyx erməni katolikosuna məktub göndərəcək
02 noyabr 2013 14:30 (UTC +04:00)

Şeyx erməni katolikosuna məktub göndərəcək

Akop İnciqulyan Ermənistana qayıtmayacağını, üçüncü ölkəyə getmək istədiyini bildirib


 

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə noyabrın 1-də bu ilin avqust ayında təmas xəttində əsir düşmüş Ermənistan hərbçisi Akop İnciqulyanla görüşünün detalları məlum olub.

 

QMİ mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova APA-ya açıqlamasında bildirib ki, görüş zamanı Şeyxülislam hərbi əsir A. İnciqulyana bildirib ki, erməni katolikosu II Qaregin ondan əsiri öz ölkəsinə qaytarmağı xahiş edib.

 

Şeyx bu xahişi əməl etməyə hazır olduğunu bildirərək əsirə öz ölkəsinə qayıtmağı təklif edib. Lakin A. İnciqulyan Ermənistana qayıtmaqdan imtina etdiyini deyib. O, Ermənistan Ordusunda işgəncələrə məruz qaldığını, dözülməz vəziyyətlə üzləşdiyini bildirib, ümumiyyətlə Qarabağda döyüşmək istəmədiyini vurğulayıb. Əsir Azərbaycanda ona çox yaxşı qayğı göstərildiyini, yüksək şərait yaradıldığını qeyd edib.

 

Hərbi əsir görüş üçün təşəkkürünü bildirərək Şeyxülislamdan, onunla görüşə gələn digər dini liderlər - Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri Melik Yevdayev və Bakıdakı Katolik İcmasının rəhbəri Vladimir Feketedən üçüncü ölkəyə getməyə köməklik göstərmələrini xahiş edib.

 

R. Dadaşova Şeyxülislamın görüş barədə II Qareginə cavab məktubu göndərəcəyini də bildirib.

 

Qeyd edək ki, dini liderlərin imzaladıqları 2010-cu il bəyannaməsinə görə, Azərbaycan və Ermənistanın dini liderləri hərbi əsirlərlə bağlı problemlərin həllində qarşılıqlı yardım göstərmək barədə öhdəlik götürüblər.

 

Xatırladaq ki, avqustun 7-dən 8-nə keçən gecə erməni silahlı bölmələrinin hərbçisi Akop İnciqulyan qoşunların təmas xəttinin Ağdam cəbhəsi istiqamətində Azərbaycan Ordusunun nəzarəti altında olan hissəsinə keçib.

 

Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar dövlət komissiyasının katibi Şahin Sayılov bir qədər əvvəl APA-ya açıqlamasında A. Akop İnciqulyanın üçüncü ölkəyə getmək istəməsi barədə Azərbaycan hökumətinə müraciət etdiyini bildirib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 922
avatar

Oxşar yazılar

Qubada evdə partlayış -  Yaralanan var

Qubada evdə partlayış - Yaralanan var

15 dekabr 2024 , 13:09
Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46