Şeyx: “İğtişaş salmaq istəyən qüvvələr var”
30 oktyabr 2013 12:30 (UTC +04:00)

Şeyx: “İğtişaş salmaq istəyən qüvvələr var”

“Bu gün Azərbaycanın həm dini, həm iqtisadi, həm də mənəvi cəhətdən yüksəlişini gözü götürməyən qüvvələr var”.


 

APA-nın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib.

 

Şeyxülislam qeyd edib ki, bu qüvvələr Azərbaycanda mövcud sabitliyin davam etməsini istəmirlər: “Bu gün hərdən məzhəblər arasında iğtişaş salmaq istəyən qüvvələr var. Mən qəti çağırış edirəm ki, buna imkan yaratmamalıyıq. Bizim hamımızı birləşdirən Allahdır, Qurandır, Peyğəmbərdir və imamlardır. Biz bunların kölgəsinin altında axirətimizi qazanmaq istəyirik”.

 

A. Paşazadə deyib ki, bu gün Azərbaycanda hər iki məzhəbin (sünni və şiə) daşıyıcısı olan insanlar var: “Həm sünni, həm şiə məzhəblərinin bir yerdə yaşaması, bir yerdə namaz qılınması, bir yerdə ibadət edilməsi bir azərbaycanlı kimi hamımız üçün çox xoşdur. Bu gün Azərbaycanda tolerantlıq, dinlərarası münasibət, başqa dinlərə olan münasibət bütün dünyaya nümunə kimi göstərilir. Amma bunu pozmaq istəyən qüvvələr var. Bilirik ki, bunun bir ucu da xaricə gedib çıxır. Bizdəki bu sakitliyin olmasını istəmirlər, gözləri götürmür”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 868
avatar

Oxşar yazılar