Seymur Həzi ilə dalaşan şəxs də həbs olundu
06 sentyabr 2014 12:13 (UTC +04:00)

Seymur Həzi ilə dalaşan şəxs də həbs olundu

 

Abşeron rayon Polis Şöbəsi və Abşeron rayon Prokurorluğu birgə məlumat yayıb.APA-nın xəbərinə görə, məlumatda bildirilir ki, avqustun 29-da Abşeron rayonunun Ceyranbatan qəsəbəsində Seymur Həziyevlə Bakı şəhər sakini Məhərrəm Həsənov arasında yaranmış mübahisə zamanı xuliqanlıq hərəkətlərinə yol verilməsi faktı ilə bağlı Abşeron rayon Polis Şöbəsinin İstintaq bölməsində Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb və S. Həziyev Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

 

Aparılmış istintaqla həmçinin Məhərrəm Həsənovun aralarında yaranmış mübahisə zamanı ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərə yol verməklə Seymur Həziyevi söyərək yumruqla vurub sonuncuya bədən xəsarətləri yetirməsində əsaslı şübhələr müəyyən edildiyindən o, sentyabrın 3-də şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

 

M. Həsənova Cinayət Məcəlləsinin 221.1-ci (Xuliqanlıq) maddəsində nəzərdə tutulan ittiham elan edilərək barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə istintaq davam etdirilir. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 823
avatar

Oxşar yazılar