GÜNÜN ŞƏRHİ
Rusiya OPEK üzvləri ilə nazirlər görüşündə iştiraka razılıq verib. Neftin taleyi baxımından fevral ayının ən mühüm hadisələrindən biri məhz bu görüş olacaq. OPEK Rusiyaya gündəlik hasilatı 5 faiz azaltmaq təklifi verib, tərəflər razılaşsalar, o zaman həm kartel, həm də OPEK-ə üzv olmayan ən böyük neft ölkəsi hasilatı azaltmağa başlayacaqlar. Bu isə bazarda tələb və təklifi tarazlaşdırmış olacaq və neftin qiyməti yüksək nöqtələrdə stabilləşəcək. Amma razılaşarlarsa... Ki, OPEK və Rusiyanın hasilatı 5 faiz aşağı salmaq barədə razılığa gəlmək ehtimalı sıfıra yaxındır. Səbəb - neftin qiymətinin formalaşmasında daha çox siyasi amillərin rol oynamasıdır. Digər tərəfdən OPEK daxilində ikitirəlik var, kartel üzvlərinin heç də hamısı hasilatı aşağı salmaq barədə yekdil mövqeyə sahib deyillər. Məsələn, embarqodan sonra neft hasilatını daha da artırmağa çalışan, Avropa bazarında dempinq siyasəti hesabına möhkəmlənmək istəyən İran nədən hasilatı aşağı salmağa razı olmalıdır? Yaxud OPEK-in qərarına rəğmən gündəlik kvotanı eyninə almayan, kvotadan artıq neft hasil edən İraq niyə Səudiyyə və Rusiyanı xilasetmə planında iştirak etməlidir? Suallar çoxdur, cavab isə aşağı-yuxarı birdir - neftin qiymətinin sabitləşməsi siyasi sabitlikdən asılıdır. Yaxın Şərqdə qeyri-stabillik davam etdikcə, Ukrayna ərazilərinin işğalı faktoru qaldıqca, iqtisadi böhran davam edəcək və daşlar yerinə oturmayacaq. Daşları yerinə oturtmaq isə təkcə OPEK və Rusiyanın əlində deyil. Həm də unutmaq olmaz ki, neft bazarında neft ixrac edən ölkələrdən çox qeyri-neft ölkələri, kənar güclər var. Həm də təkcə alıcı qismində deyil...

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 29 Yanvar
Oxşar yazılar

Ağdaşda yeniyetmə kanalda BOĞULDU
16 iyul 2025 , 18:14
Yekaterinburqdakı Azərbaycan diasporu liderinin oğlu məhkəməyə gətirildi
16 iyul 2025 , 18:06
Tanınmış reper həbs edildi - YENİLƏNİB
16 iyul 2025 , 18:02
Rusiya azərbaycanlıları gəmilərdə də SIXIŞDIRIR
16 iyul 2025 , 17:01
Rusiyada iki uşaqlı azərbaycanlı qadının məhkəməsi BAŞLAYIR: 7 il həbs gözləyir...
16 iyul 2025 , 16:17
Azər Qasımlının məhkəməsində ittiham aktı elan olundu
16 iyul 2025 , 15:12
Sumqayıtda XÜSUSİ ƏMƏLİYYAT: iranlıya görə iki nəfər TUTULDU - VİDEO
16 iyul 2025 , 14:42