GÜNÜN ŞƏRHİ
Türkiyədə koalisiya tapmacasının açar adamı Dəniz Baykaldır. Seçki şokundan ayılmağa macal tapmayan Türkiyə cəmiyyəti mümkün koalisiya ehtimallarını araşdıran zaman sürpriz Ərdoğan-Baykal görüşü baş verdi. Hətta siyasilər üçün gözlənilməz olan bu görüş AKP-CHP koalisiyasının ilk təməl daşı kimi dəyərləndirildi. CHP rəhbərliyinin prezidentlə sabiq partiya liderinin görüşünə münasibəti birmənalı deyil. Kılıçdaroğlu Baykalın görüşə onunla razılaşmadan getdiyini deyir, Baykal görüşün Ərdoğanın təklifi ilə baş tutduğunu bildirir, media isə görüş təklifinin təşəbbüskarının Dəniz Baykal olduğunu yazır. Bu versiyalar sırasında Ərdoğanın AKP-CHP koalisiyası qurulacağı təqdirdə parlament sədri postunu Baykala təklif edəcəyi də vardı. Hər kəs Baykalın parlament sədri olmasına AKP-CHP koalisiyasının ilk əlaməti kimi baxırdı. Və gözlənilənin gerçəkləşməsinə az qalıb. CHP uzun müzakirələrdən sonra parlament sədri postuna Baykalın namizədliyi irəli sürüb. AKP isə hələ namizəd müəyyənləşdirməyib. Parlamentdə mandatların bölgüsünə baxsaq, partiyaların təkbaşına sədr seçmək imkanı yoxdur. Dəniz Baykalın sədr seçilməsi üçün AKP-nin dəstəyi lazımdır. Əgər AKP ayın 27-dək namizəd müəyyənləşdirməsə, bu, partiyanın Baykalın namizədliyini dəstəkləməsi anlamına gələcək. Baykalın parlament sədri seçilməsi isə AKP-CHP koalisiyasının qurulması istiqamətindən ilk addım olacaq. İndidən Türkiyə üçün xeyirli olsun!

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 24 İyun
Oxşar yazılar

İrandan gələn sürücü bunu da etdi: narkotiki yanğınsöndürən balona doldurub
1 sentyabr 2025 , 09:23Balakən dağlarında ƏMƏLİYYAT: silahlılar tutuldu - VİDEO
1 sentyabr 2025 , 09:05
Salyanda qəza 1 nəfərin həyatına son qoydu
1 sentyabr 2025 , 08:18
Bakıda zəncirvari qəza - 7 avtomobil toqquşdu
1 sentyabr 2025 , 01:52
Goranboyda ağır qəza - 7 nəfər yaralandı
31 avqust 2025 , 21:52
Zibillikdən bədənində yanıq xəsarətləri olan körpə meyiti tapıldı
31 avqust 2025 , 20:00
Bakıda evli kişi "xərçəng xəstəsiyəm" deyib sevgilisinə görün nələr etdi?
31 avqust 2025 , 18:59