Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 11 Aprel
11 aprel 2015 20:16 (UTC +04:00)

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 11 Aprel

GÜNÜN ŞƏRHİ
 
Birləşmiş Ştatların dünyanı iki qütbə bölmək strategiyası özünü doğrultmadı. Gücün beynəlxalq hüquqdan üstün olacağı yeni düzəni qəbul etmək istəməyən dünya köhnə düzənə üstünlük verir. Qlobal sistemdə supergüclərin sayının ikidən artıq olması, “kim məndəndir” prinsipi ilə komanda yığmağa imkan vermir. Siyasət arenasında artıq hər kəs öz oyunu oynamağa və bunun üstünlüklərini hiss etməyə başlayıb. Bu formatda oyun oynamaq dövlətlərdən öz gücünü, qlobal sistemdəki yerini düzgün müəyyənləşdirməyi və ən əsası ağıllı balanslaşdırma siyasəti yürütməyi tələb edir. Hazırda dünyada oyunu “kim məndəndir” prinsipi ilə oynamaq istəyənlərlə öz oyununu oynamaq istəyənlərin mübarizəsi gedir. Avropa İttifaqı ilə ABŞ arasında bir çox məsələlərlə bağlı fikir ayrılıqlarının dərinləşməsi, Rusiyanın Avropaya qaz ixracatını bir neçə dəfə artırması, Çinin sürətlə inkişaf edən Cənub-Şərqi Asiya regionuna yatırılan investisiyaları yönəltmək imkanı əldə etməsi bununla bağlıdır. Daşlar yerinə oturmağa başlayır...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 88
avatar

Oxşar yazılar