Sərxoş sürücünün törətdiyi yol qəzası Balaxanını qazsız qoydu
08 oktyabr 2014 02:40 (UTC +04:00)

Sərxoş sürücünün törətdiyi yol qəzası Balaxanını qazsız qoydu

0
Bakının Balaxanı qəsəbəsi qazsız qalıb. Lent.az-ın ANS PRESS-ə istinadən verdiyi xəbərə görə,  sərxoş sürücünün törətdiyi qəza nəticəsində Balaxanı qəsəbəsini təbii qazla təmin edən boru xətti sıradan çıxıb. 
 
Balaxanı qəsəbəsində yerləşən parkın qabağında baş verən qəza zamanı sərxoş sürücünün idarə etdiyi "HOWO" markalı maşın "Moskviç", VAZ 2107, VAZ 21015 markalı avtomobilləri də ciddi ziyan dəyib. 
 
Qəza zamanı xəsarət alan olmasa da, VAZ 21015 markalı avtomobil yararsız vəziyyətə düşüb. 
 
Qəsəbənin icra nümayəndəliyindən bildirilib ki, qısa müddətdə qəsəbənin qazla təhcizatı bərpa olunacaq. 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1301

Oxşar yazılar